“Zəngəzur dəhlizində İran üçün təhlükə yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Həmədan Universitetində tələbələrlə görüşündə deyib.
“Biz regionda sərhədlər və ya geosiyasi düzəndə istənilən dəyişikliyi qəbul etmirik, hesab edirik ki, regional təhlükəsizliyi təmin etməyin ən düzgün yolu regional əməkdaşlıqdır. Bizim təklifimiz 3+3 formatında əməkdaşlıqdır. Zəngəzur məsələsi ilə bağlı birbaşa əlaqədəyik və bizə əminliklə bildirilib ki, bu məsələ İran üçün heç bir təhlükə yaratmayacaq. Əlbəttə, vəziyyəti diqqətlə izləyirik”, - o qeyd edib.