EN

Bakıda “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı iləHeydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsrolunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

Trend xəbərverir ki, festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmışmədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri,təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrininpedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirakediblər.

Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərənuşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri,Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası,o cümlədən Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqiməktəbinin, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzininkollektivləri, ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı iləədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasındavətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.

Qeyd edək ki, Vətən müharibəsindəki qələbəyə həsr olunanfestival artıq 5-ci dəfədir ki, keçirilir və hər il gənclərinvətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçünmühüm platformaya çevrilib.

Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsiniehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizinərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyətibarədə uşaq və gəncləri məlumatlandırmaqdır.

Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixinailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdətürk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasınınəzərdə tutur.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Chosen
34
8
az.trend.az

9Sources