EN

Qarabağ ın ilk loqosunun müəllifi həkim imiş FOTO

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ” klubunun ilk loqosunu hazırlayan şəxs məlum olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə informasiya sosial mediada paylaşılıb.

Bildirilib ki, loqo ilk dəfə 1996-cı ildə klubun həkimi Aydın Mirzəyev tərəfindən yaradılıb:

“Həmin vaxt komanda ilk dəfə xaricə – Finlandiyaya səfərə gedirdi və loqosuz meydana buraxılmırdı. O vaxt komandanın baş məşqçisi Ağasəlim Mircavadov, əsas həkimi isə atam olub. ATam loqonu qısa müddətdə fikirləşib çəkib. Əvvəllər loqoda ulduzlar yox idi, bu, 2001-ci ildə əlavə edilib”, - deyə Aydın Mirzəyevin qızı öz sosial şəbəkə hesabında qeyd edib.

O, ulduzların sayının 19 olmasının səbəbini də açıqlayıb:

“2001-ci ildə “Azərsun” şirkəti klubun sponsoru olduqdan və Abdulbari Gözəl klub prezidenti təyin edildikdən sonra loqoya ulduzlar əlavə edilib. 19 rəqəmi Abdulbari Gözəl bəyin sevimli rəqəmi olduğu üçün loqoda da məhz 19 ulduz yer alıb”.

Aydin Mirzəyevin fotosunu təqdim edirik:

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
metbuat.az

10Sources