EN

Demet Tekin Çırpınırdı Qara Dəniz VİDEO

Demet

Çırpınırdı Qara Dəniz” rəqəmsal platformalarda Azərbaycanın milli şairi Əhməd Cavadın Birinci Dünya Müharibəsi illərində türk qardaşlarına ithafən yazdığı, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqiləşdirdiyi “Çırpınırdı Qara Dəniz” türküsü yenidən gündəmdədir. Türk dünyasının ortaq dəyərinə çevrilmiş bu ölməz əsər bu dəfə Türkiyənin tanınmış sənətçisi *Demet Tekin*in güclü ifasında rəqəmsal platformalarda yayımlanıb.Qəhrəmanlıq, qardaşlıq və azadlıq ruhunu daşıyan mahnının yeni versiyası 29 oktyabr – Türkiyə Cümhuriyyəti Bayramı öncəsi ictimaiyyətə təqdim edilib və qısa müddətdə böyük maraqla qarşılanıb. Demet Tekin mahnın yenidən gündəmə gəlməsi ilə bağlı paylaşımında bildirib: "Aldığım müsbət rəylər məni çox sevindirdi. Musiqinin insan ruhunu sağaldan və mədəniyyətləri birləşdirən gücü var. Bu əsəri ifa etmək mənim üçün böyük şərəfdir."Türk xalq musiqisinin sevilən simalarından olan Demet Tekin daha əvvəl “Ekləmedir Koca Konak”, “Gide Gide Bir Söğüde Dayandım”, “Değmen Benim Gamlı Yaslı Gönlüme” və “Karadır Kaşların” kimi məşhur türkülərə də yeni nəfəs vermişdi.DemetSənətçi yaxın gələcəkdə də milli ruhda əsərləri yeni nəsillərə çatdırmaq üçün layihələrini davam etdirəcəyini vurğulayıb. Onun ifasında “Çırpınırdı Qara Dəniz” həm musiqisevərlər, həm də türk dünyası üçün mənəvi dəyəri olan önəmli bir töhfədir.Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”

Zəfər paradının aparıcısı o olacaq

Chosen
32
ulusum.az

1Sources