EN

Şamaxıda qətlə yetirilən qadının babası: "Zəng etmişdi ki, məni döyüb-öldürür" - YENİLƏNİB

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon sakini əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş Pərviz Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə Gültəkin Eynalovaya xəsarət yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Qətlə yetirilən qadının yaxınları baş verən hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.
 
Gültəkin Eynalovanın babası nəvəsinə daha əvvəl Pərviz Tağıyev tərəfindən şiddət göstərildiyini bildirib:
 
"Zəng etmişdi ki, məni döyüb-öldürür. Biz də götürüb gəlmişdik. Bu gün səhər evə gəlib, nəvəm yatdığı yerdə beş dəfə atəş açaraq onu qətlə yetirib. İki ayın gəlini idi".
 
Daha ətraflı Baku Tv-nin videomaterialında:
 
12:20
 
Şamaxıda həyat yoldaşını güllələyib qətlə yetirməkdə şübhəli bilinən şəxs müharibə iştirakçısı olub.
 
Oxu.az-ın məlumatına görə, P.Tağıyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib.
 
O, altı ay əvvəl ailə həyatı qurubmuş.
 
10:05
 
Şamaxı rayonunda qadın qətlə yetirilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Moderatpr.az-a bildirilib ki, odlu silahdan açılan atəş nəticəsində G.Eynalovaya öldürülüb.
 
İlkin məlumata görə, hadisəni rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş, qadının həyat yoldaşı P.Tağıyev qısqanclıq zəminində törədib.
 
P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Chosen
5
2
moderator.az

3Sources