EN

Əməkdar artist vəfat etdi

Əməkdar artist Vahid Əliyev vəfat edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat yayıb.

O, bu gün axşam saatlarında vəfat edib.

Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 23 dekabr 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyoru idi.

2011-ci ilin may ayında Əməkdar artist fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə,. 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

O, 2022-ci ilin dekabr ayında infarkt keçirmişdi. 2023-cü ilin yanvar ayında açıq ürək əməliyyatı olunmuşdu.



Xəbər 145 dəfə oxunub.
Chosen
7
2
xezernews.az

3Sources