EN

Gürcüstan Elmlər Akademiyası prezidentinin müşaviri: AMEA ilə sıx əlaqələrimiz var

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

AMEA ilə uzun müddətdir ki, əməkdaşlıq edirik və sıx əlaqələrimiz var. Keçən il akademik İsa Həbibbəyli Gürcüstan Elmlər Akademiyasının xarici üzvü seçildi. Bundan əlavə, digər vacib məqamı da qeyd etmək istərdim: ölkələrimiz indi Orta Dəhliz adlanan tarixi İpək Yolu layihəsində yer alır. Bu, o deməkdir ki, təkcə alimlər deyil, həm də hökumətlərimiz əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstan Elmlər Akademiyası prezidentinin müşaviri Paata Surquladze deyib.

“Bu yaxınlarda Tbilisidə 5-ci Beynəlxalq İpək Yolu Forumu keçirildi və orada Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı və çıxışı oldu. Bu, ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını bir daha təsdiqlədiyini və Orta Dəhliz layihəsi üzərində daha fəal işləmək üçün bu istiqamətdə səylərini bir daha sinxronlaşdırdığını göstərir. Bu baxımdan elm böyük əhəmiyyət kəsb edir və böyük məsuliyyət daşıyır.

Müasir Gürcüstan tarixini araşdıran bir tarixçi olaraq, əməkdaşlığımızın bütün bu illər ərzində olduğu kimi, bütün elmi sahələrdə də səmərəli şəkildə davam etməsini arzulayıram. Bu, şübhəsiz ki, hər iki xalqa yalnız fayda gətirəcək, çünki qazandığınız hər hansı bir nailiyyət bizim üçün də bir nailiyyətdir. Azərbaycan xalqına firavanlıq arzulayıram”,- deyə Paata Surquladze bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
azertag.az

2Sources