EN

Rusiyada Abbasov qardaşlarına hökm oxundu 17 il həbs...

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Moskva Şəhər Məhkəməsi Azərbaycan vətəndaşları Şahin Abbasova 17 il, qardaşı Şöhrətə isə 12 il həbs cəzası kəsib. Onlar 2024-cü ilin aprelin 17-də baş verən mübahisə zamanı 24 yaşlı yerli sakin Kirill Kovalyovu bıçaqlayıb öldürməkdə təqsirli biliniblər.Bakupost.az xəbər verir ki, istintaq materiallarına görə, hadisə Krasnodarskaya küçəsində baş verib. Şahin Abbasov avtomobilini evin qarşısındakı səkidə park edib və bu, Kovalyovun narazılığına səbəb olub. Şahin Abbasov və qardaşı Şöhrət gəncə bir neçə bıçaq zərbəsi endiriblər. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.Abbasovların qohumuİsa Xan Abbasov isə cinayəti gizlətmək və Yol Polisinə rüşvət verməkdə təqsirli bilinərək 8 il müddətinə həbs edilib.

Hadisənin digər iştirakçıları isə cəzalarını istintaq müddətində çəkdikləri üçün məhkəmə zalında azad olunublar. Şahin Abbasovun atası Nizami Abbasov isə məhkəmə tərəfindən bəraət alıb.İstintaqın məlumatına görə, qətldən sonra qohumları Şahin Abbasov və digər təqsirləndirilənlərə gizlənməkdə kömək ediblər. Abbasov qardaşları cəzalarını sərt rejimli həbsxanada çəkəcək.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
www.bakupost.az

2Sources