EN

Çinli astronavtlar Yerə qayıda bilməyiblər

Çinli

"Shenzhou-20" missiyasından olan üç çinli astronavt kosmosda altı ay qaldıqdan sonra müvəqqəti olaraq "Tianqonq" orbital stansiyasında tələyə düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Astronavtlar Çen Donq, Çen Çjonqruy və Vanq Cie aprel ayından bəri "Tiangonq" üzərində işləyir, elmi təcrübələr aparır və kosmosa çıxırlar. Onların "Shenzhou-21" missiyasından əvəzediciləri stansiyaya oktyabrın 31-də gəlib.

Lakin stansiyanı yeni ekipajın ixtiyarına vermək mümkün olmayıb: noyabrın 5-də Yerə qayıdan kapsul orbitdəki naməlum obyektlə toqquşub. Ehtimal olunur ki, zərərə əvvəlki buraxılışlar və missiyalar zamanı kosmos zibilləri səbəb ola bilər.

Nəşrin məlumatına görə, Yerin orbitində təqribən 19 000 ədəd kosmik tullantı var. Toqquşma gəminin gövdəsində nəzərəçarpacaq iz buraxaraq astronavtların Yerə qayıtmasının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Gəminin sonrakı yoxlanışları hər iki ekipaj tərəfindən həyata keçiriləcək; "Shenzhou-20"-nin dəqiq dönüş vaxtı hələ məlum deyil.

Məryəm Quliyeva

Chosen
24
xalqcebhesi.az

1Sources