EN

Pakistan Əfqanıstan ərazisinə zərbələr endirdi

Pakistan cümə axşamı iki ölkə arasında Türkiyədə sülh danışıqları aparılarkən Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə AFP əfqan hərbi mənbəyə və şahidlərə istinadla məlumat yayıb.

“Pakistan yüngül və ağır silahlardan istifadə edib, mülki əraziləri hədəfə alıb”, - adının açıqlanmasını istəməyən əfqan hərbi mənbə deyib.

Hadisə şahidlərinin sözlərinə görə, atəş 10-15 dəqiqə davam edib.

İnsidentə baxmayaraq, Əfqanıstan tərəfi İstanbulda davam edən dialoqa hörmətlə yanaşaraq, cavab tədbiri görməyib.

Chosen
32
12
publika.az

10Sources