EN

Abbas Əraqçı: Bizi əmin etdilər ki, Zəngəzur dəhlizi İrana heç bir təhlükə yaratmayacaq

BAKI, 6 noyabr. TELEQRAF

"Bizi Zəngəzur dəhlizinin İrana heç bir təhlükə yaratmayacağına dair əmin ediblər".

Teleqraf "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Həmədan şəhərində tələbələrlə görüşü zamanı deyib.

"Biz regionun sərhədlərində və geosiyasətində hər hansı dəyişikliyi qəbul etmirik və hesab edirik ki, regional təhlükəsizliyin təmin edilməsinin ən yaxşı yolu regional əməkdaşlıqdır və bizim ideyamız "3+3" formatıdır. Biz Zəngəzur məsələsi ilə bağlı birbaşa təmasdayıq və İran üçün heç bir təhlükənin olmayacağına əminik. Təbii ki, vəziyyəti izləyirik", - Abbas Əraqçi bildirib.

Chosen
52
teleqraf.com

1Sources