Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Oktyabr ayında Bakıda mənzil bazarında qiymətlər stabil olaraq qalıb.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, mənzil bazarında ciddi bir dəyişiklik qeydə alınmayıb və hətta bazarda bir qədər baha qiymətə təklif olunan mənzillər ucuzlaşıb: "Bəzi əmlaklar var idi ki, baha qiymətə təklif olunurdu. Misal üçün, 150-160 min manatlıq evlər indi 135-140 min manata təklif olunur. Əvvəllər, yəni sentyabr-oktyabr aylarında həmin əmlaklar bir qədər baha qiymətə qoyulmuşdu. İndi onların qiyməti real qiymətlərə uyğunlaşdırılıb, çünki süni şişirdilmiş qiymətlər idi və sonradan o qiymətə mənzili alıcısının olmadığını görüb endirim tətbiq ediblər”.
Ekspertin fikrincə, müəyyən dövrlərdə bazarda qiymət artımından sonra stabillik höküm sürür: "Qiymətlər qalxır, sonra stabillik höküm sürür. Hazırda qiymətlərin artımına təsir göstərən ciddi faktor yoxdur”.
R.Qasımzadə bildirib ki, növbəti ilin əvvəlindən dövlət ipotekasının verilməsi mənzil bazarında qiymətlərə təsir göstərəcək: "İpoteka bazara bir impuls verir və təsir göstərir. Çünki bazara mənzil axtaran kütlə daxil olur. Yəni bazara birdən-birə minlərlə alıcı daxil olur. Belə halda adətən bazarda təklif yetəri qədər olmur. Amma bu il yetəri qədər təklif var”.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.