ain.az, Axar.az portalına istinadən məlumat verir.
Moskvanı Pekinlə əməkdaşlıqda qınayan NATO baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampı ABŞ-Çin sammiti ilə bağlı tənqid etməyi unudub.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“NATO üzvü olan ölkələrdən heç biri, o cümlədən, Ruttenin özü Çinlə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Bir neçə gün əvvəl ABŞ-Çin sammiti keçirildi, amma Rutte Trampı buna görə tənqid etmədi.
Rusiya, Çin və digər böyük qlobal güclər həmişə beynəlxalq hüquqa sadiq olduqlarını bəyan ediblər. NATO öz aqressiv hərəkətləri və qeyri-qanuni koalisiyaları ilə dəfələrlə bu qanunu pozub: saxta bəhanələrlə İraqın işğalı, Yuqoslaviyanın bombalanması və s.”, - diplomat əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.