EN

Bakıda binada köməksiz vəziyyətdə qalan şəxs xilas edildi -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən metal artırmanın üzərində köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra vətəndaş xilasedicilər tərəfindən yerə düşürülərək xilas edilib.

Chosen
7
19
redaktor.az

10Sources