EN

Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O, bu gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə Əməkdar artist fəxri adına, 2017, 2018 və 2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

Chosen
7
2
ucnoqta.az

3Sources