EN

Ombudsman Səbinə Əliyevanın “Ön söz”ünün müəllifi olduğu “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı çap olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevanın “Ön söz”ünün müəllifi olduğu Ombudsman Aparatının əməkdaşı Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı çap olunub.

“Ön söz”də ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülmüş tədbirlər qeyd edilib.

Eyni zamanda, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, əldə olunmuş parlaq Zəfərdən sonra dövlətimizin həyata keçirdiyi sülh siyasəti nəticəsində Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına geri qayıdışı, mülkiyyət və digər hüquqlarının təmin olunması üçün şəraitin yarandığı, bu kontekstdə qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların və onların varislərinin qayıdış hüququnun təhlükəsiz formada təmin edilməsinin, vurulmuş zərərə görə kompensasiya almasının onların beynəlxalq sənədlərdə təsbit olunmuş fundamental hüquqları olduğu vurğulanıb.


Chosen
37
azia.az

1Sources