EN

Professor Raymond J. Vu: Azərbaycanın çinli alimlərlə daha geniş elmi əlaqələr qurmasına dəstək olmaq istəyirik

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Akademik İsa Həbibbəylinin dəvətilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etmək bizim üçün böyük şərəfdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkənin böyük elmi-tədqiqat və elmi mərkəzidir. Akademiya Azərbaycanın müasirləşməsinə verdiyi töhfələri ilə ölkəniz üçün çox önəmli bir qurumdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Kore Akademiyasının (Honq Konq) Baş Katibliyinin icraçı müavini professor Raymond J. Vu deyib.

“Bizim Azərbaycan Milli Elmlər Akademiyası ilə uzunmüddətli dostluq və əməkdaşlıq tariximiz var. 2023-cü ildə akademik İsa Həbibbəyli bizim Akademiyanın ilk üzvlərindən biri olub. 2024-cü ildə isə biz akademik İsa Həbibbəylini Çinə Elmi Mərkəzimizə dəvət etdik. Həmin səfər zamanı əməkdaşlığımızı və birgə layihələrimizi genişləndirmək üçün daha çox imkan əldə etdik. 2024-cü ilin oktyabrında biz Bakıya qayıdaraq əməkdaşlıq sazişimizin imzalanması mərasimində iştirak etdik. Həmçinin anlaşma memorandumu imzaladıq və Bakıda bir çox elmi-tədqiqat institutlarını və universitetləri ziyarət etdik. Bu il isə biz yenidən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyini qeyd etmək üçün buradayıq. Lakin təkcə yubileyi qeyd etmək üçün deyil, həm də yeni elmi təşəbbüsləri başlatmaq, daha çox əməkdaşlıq imkanları yaratmaq üçün buradayıq. Yalnız Azərbaycan Milli Elmlər Akademiyası ilə deyil, digər elmi-tədqiqat institutları və akademiyalarla da əməkdaşlıq edərək Azərbaycanın dünyanın müxtəlif ölkələrindən, xüsusilə də Çindən olan alimlərlə daha geniş elmi əlaqələr qurmasına dəstək olmaq istəyirik. Beləliklə, biz birlikdə çalışacaq, bəşəriyyət naminə elmin inkişafını irəlilədəcəyik”, - deyə professor Raymond J. Vu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
azertag.az

3Sources