EN

Fil Foden ÇL-da həftənin ən yaxşı futbolçusu seçildi

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu turnirin qrup mərhələsinin 4-cü turunda Dortmundun “Borussiya” klubuna qarşı oyunda dubl edib. Fodenin iki qolu “şəhərlilər”ə rəqibi 4:1 hesabı ilə məğlub etməyə kömək edib.

Səsvermədə Foden “Qalatasaray”ın hücumçusu Viktor Osimhen (3:0 hesabı ilə “Ayaks”a qarşı het-trik), “Brügge”nin vingeri Karluş Forbş (iki qol və bir məhsuldar ötürmə “Barselona” ilə 3:3 hesablı oyunda) və “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonu (“Slaviya”ya qarşı 3:0 hesablı görüşdə dubl) qabaqlayıb.

Qeyd edək ki, Fil Foden cari mövsümdə Çempionlar Liqasında üç oyunda iştirak edib və iki qol vurub.

Chosen
41
90deqiqe.az

1Sources