EN

Almaniyada “zibil polisi” fəaliyyətə BAŞLADI

Almaniya ilk “zibil polisi” bölmələri yaradılıb. Şəhər küçələrində qanunsuz tullantılarla mübarizə gücləndirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Heilbronner Stimme” məlumat yayıb.

Almaniyanın Baden-Vürttemberq vilayətinin Haylbronn şəhərində qanunsuz tullantı və vandalizmlə mübarizə üçün “zibil polisi” (Waste Watcher) adı ilə yeni bölmə fəaliyyətə başlayıb.

“Tullantı Polisi” (Tullantı Müşahidəçiləri) adlanan qurumun əməkdaşları hətta gecələr də forma və mülki geyimdə küçələrdə patrul xidməti göstərəcəklər.

Yeni xidmət əməkdaşları araşdırma aparmaq, atılmış əşyalar vasitəsilə günahkarları müəyyənləşdirmək və qayda pozanları yerindəcə saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil vermək səlahiyyəti alıb.

Onların istifadəsində aqressiv davranış halı üçün bibər qazı balonları da var.

Şəhər meriyasının nümayəndəsi bildirib ki, əsas hədəf şəhərin görünüşünə zərər vuran qanunsuz tullantılar və qrafittilərlə mübarizədir.

Bu təşəbbüs insanlarda daha məsuliyyətli münasibət formalaşdırmağı hədəfləyir.

Bununla yanaşı, sakinlərə pozuntuları xüsusi onlayn platforma Mängelmelder vasitəsilə bildirmək tövsiyə olunur.

Layihə iki il sınaq müddəti ilə həyata keçirilir. Uğurlu olarsa, digər şəhərlərdə də analoji xidmət yaradıla bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources