EN

Yeni boşanan cütlük qızları ilə tətildə - FOTOlar

 

Türkiyəli aktyorlar - Anıl Altan və Pelin Akil boşandıqdan sonra tətilə yollanıblar.

Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızları ilə birlikdə Portuqaliyaya gedən keçmiş evlilər tətildən paylaşdıqları fotolara “Ailə” şərhini yazıblar. 

Qeyd edək ki, Anıl Altan və Pelin Akil 2016-cı ildə ailə qurmuşdu. 2019-cu ildə cütlüyün əkiz qızları - Alin və Lina dünyaya gəlib. Bir neçə ay əvvəl 9 illik evliliklərinə son qoyan cütlük uşaqları üçün tez-tez bir araya gəlməyə davam edir.

 

Chosen
42
gundem.az

1Sources