EN

Maşında yatan sərxoş sürücü qəzaya düşdü: yuxudan ayılmadı Ağır cəza VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sərxoş vəziyyətdə avtomobil idarə edib qəza törədən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Kayseri bölgəsində baş verib. Məlumata görə, 38-ALM-385 nömrə nişanlı “Hyundai” markalı minik avtomobilinin sürücüsü sükan arxasında yuxuya gedib və nəzarətdən çıxan nəqliyyat vasitəsi bardürə çırpılaraq səkiyə çıxıb. Yatmağa davam edən sürücünü görən ətrafdakı vətəndaşlar polisə məlumat veriblər. Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib. Tibbi işçiləri sürücüyə yardım göstərmək istəsə də o, bundan imtina edib. Polis əməkdaşı sürücünü sərxoşluq testindən keçirib və onun qanında spirt səviyyəsinin 1,74 promil olduğunu müəyyən olunub.

Sürücü "sərxoş vəziyyətdə avtomobil idarə etmək" ittihamı ilə 375 manat cərimə olunub və sürücülük vəsiqəsi altı ay müddətinə ləğv edilib.

Bundan əlavə, qanda spirtli içki səviyyəsinin 1 promildən çox olması səbəbindən onun barəsində məhkəmə prosesi başlanılıb və o, ifadə verməsi üçün polis bölməsinə aparılıb.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
avtosfer.az

1Sources