EN

“Lukoyl” Bakı limanına neft tədarükünü dayanırdı

“Lukoyl” şirkəti Xəzər vasitəsilə Bakı limanına neft tədarükünü dayanırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin yazdığına görə, Rusiya bayrağı altında üzən “Lady Leila” tankeri 6 noyabrda Mahaçqalaya çatacaq və Korçagin yatağından 5 min ton neft daşıyacaq.

Noyabr ayında “Lukoyl” Mahaçqala limanına təxminən 30 min ton neft tədarük edəcək və dekabrdan etibarən Bakıya göndərilən bütün neft həcmini (təxminən 130.000 ton) Rusiya limanına yönləndirəcək.

Mahaçqaladakı limandan neft “Daqnefteprodukt” neft anbarına ötürülür. Daha sonra xam neft Bakı-Novorossiysk nəqliyyat sisteminin bir hissəsi olan Mahaçqala-Novorossiysk boru kəmərinə göndərilir. Mahaçqala neft terminalının ötürmə gücü ayda təxminən 400 min tondur.

Daha əvvəl ABŞ və Böyük Britaniya “Lukoyl” şirkətinə qarşı sanksiya tətbiq edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya "Lukoyl"un Azərbaycandakı layihələrinə 2 illik güzəşt limiti tanıyıblar. Bu arada "Lukoyl"ınAzərbaycandakı aktivlərini satması məsələsi gündəmə gəlib."Şirkətin “Şahdəniz” layihəsində 19,99 faiz, Cənubi Qafqaz Qaz Boru Kəmərində 19,99 faiz payı var.

Chosen
52
3
teleqraf.com

10Sources