Türkiyədə məktəbdə kütləvi zəhərlənmə baş verib. 80 şagird və müəllim xəstəxanaya aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Kayseridə keçirilən sucuq festivalından sonra məktəbdə sucuq və çörək yeyən 80-ə yaxın şagird və müəllimdə qida zəhərlənməsi şübhəsi yaranıb.
Hadisədən sonra onlar təcili olaraq xəstəxanaya yerləşdirilib.
Zərərçəkənlərin vəziyyəti nəzarət altındadır. Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az