EN

“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ınrəqiblərindən olan "Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərarverib.

Trend xəbərverir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarınıayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdətutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Komanda ötən gün "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.

Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisipostuna təyin olunmuşdu.

Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da TofiqBəhramov adına Respublika Stadionunda baş tutacaq.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources