EN

XİN başçısı: Növbəti Liviya olmaq istəmirik

"Nigeriya növbəti Liviya və ya növbəti Sudan olmaq istəmir".

HİT.az xəbər verir ki, bunu Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar ABŞ prezidenti Donald Trampın Qərbi Afrika ölkəsindəki xristianlar üçün "mövcudluq təhlükəsi" ilə bağlı dediklərinə münasibət bildirərkən bildirib.

Diplomat vurğulayıb ki, Nigeriyanı fəlakət həddinə çatdırmaq dünyanın qalan hissəsinin maraqlarına uyğun deyil. 

Tuqqar ABŞ-ı cəmiyyətini parçalamaq və ölkəni uğursuz dövlətə çevirmək əvəzinə, Nigeriyanı dəstəkləməyə çağırıb.

1 noyabrda Tramp Pentaqona xristianlara qarşı cinayətlərə görə Nigeriyaya qarşı potensial hərbi əməliyyatlara hazırlaşmağı tapşırıb. Dövlət başçısı respublikadakı vəziyyət dəyişməsə, Vaşinqtonun dərhal Abujaya bütün yardımı dayandıracağını və hətta Afrika ölkəsinə qoşun yeridə biləcəyini xəbərdarlıq edib. Ağ Evin vəzifədə olan rəhbərinin sözlərinə görə, Nigeriyaya müdaxilə "sürətli və qəddar" olacaq.

Samir
 

Chosen
34
hit.az

1Sources