FİFA (Beynəlxalq Futbol Federasiyası) dekabrın 5-də Vaşinqtonda keçiriləcək dünya çempionatının püşkatma mərasimində ilk dəfə təqdim olunacaq Sülh Mükafatını təsis etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, FİFA-nın məlumatına görə, FİFA Sülh Mükafatı “sülhün təşviqi naminə göstərilən qeyri-adi səylərə görə” fərqlənən şəxsə veriləcək.
ABŞ Prezidenti Donald Trampın FİFA rəhbəri Canni İnfantino ilə yaxın münasibətləri, onun mükafata layiq görülüb-görülməyəcəyi ilə bağlı suallar yaradıb. Trampın mükafatı alıb-almayacağı barədə suala İnfantino qısa cavab verib: “Dekabrın 5-də görəcəksiniz.”
İnfantino əlavə edib: “Getdikcə qeyri-sabit və bölünmüş bir dünyada münaqişələrə son qoymaq və insanları sülh ruhunda bir araya gətirmək üçün çalışanların fövqəladə töhfələrini tanımaq vacibdir.”
Aytən Yaşar/ Turkustan.az