EN

Trampdan Nyu Yorkun yeni seçilmiş merinə “Mənə qarşı hörmətli ol”

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Nyu-York meri seçkilərində qalib gələn Zöhran Mamdanini hədəfə alıb.

525.az xəbər verir ki,     Tramp “Fox News”a verdiyi müsahibədə Mamdaninin seçkidən sonrakı çıxışına toxunaraq deyib: "Düşünürəm ki, o, mənə qarşı hörmətli olmalıdır. Çünki ona gələn bir çox şeyi təsdiqləməli olan mənəm. O isə pis başlanğıc edib”.

ABŞ lideri meri Vaşinqtona və özünə qarşı hörmətli olmağa çağırıb.

“Onun Vaşinqtona bir az hörmət etməsi lazımdır. Çünki hörmətcil deyilsə, uğur qazanmaq şansı yoxdur. Mən şəhəri uğurlu etmək istəyirəm. Yeni merin də uğurlu olmasını istəyirəm, çünki Nyu-Yorku sevirəm”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Uqandada anadan olan 34 yaşlı Zöhran Mamdani Nyu-Yorun ən gənc və ilk müsəlman meri olacaq.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
525.az

1Sources