EN

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası sürətlə davam edir

Bakı. Trend:

Horadiz–Ağbənd dəmir yolunun region üçün əhəmiyyəti çox böyükdürvə bu layihə Cənubi Qafqaz regionunda iqtisadi, sosial və siyasibaxımdan yeni imkanlar yaradacaq. Horadiz–Ağbənd dəmir yoluZəngəzur dəhlizinin Azərbaycan ərazisində yerləşən hissəsini təşkiledir. Dəmir yolu Azərbaycan, Naxçıvan, Türkiyə və digər regionölkələri arasında ticarət və nəqliyyat əlaqələrinimöhkəmləndirəcək.

Trend xəbər verirki, regionda malların və xidmətlərin dövriyyəsini sürətləndirir,ticarət marşrutlarını qısaldacaq və xərcləri azaldacaq. Budəmiryolu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu)bir hissəsinə çevriləcək. Çin–Avropa yük daşımalarını daha sürətlivə təhlükəsiz istiqamətə yönəldə biləcək. Azərbaycan üçün nəqliyyatmərkəzi rolunu daha da gücləndirəcək.

Yeni investisiya layihələrinin həyata keçirilməsinə və sənayezonalarının formalaşmasına şərait yaradacaq. Regionda sülh vəəməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verəcək. Xatırladaq ki,layihənin təməli 2021-ci ildə qoyulub və dəmir yolunun uzunluğu110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkiledir Hazırda Horadiz–Ağbənd dəmir yolu xətti üzrə görülən işlərin68 %-i tamamlanıb.

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolu da dəmir yolu kimi CənubiQafqaz regionu üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik birinfrastruktur layihəsidir. Bu yol həm Azərbaycanın azad edilmişərazilərinin bərpası, həm də beynəlxalq nəqliyyat əlaqələriningenişlənməsi baxımından böyük rol oynayır. Bu yol Zəngəzurdəhlizinin avtomobil nəqliyyatı üçün nəzərdə tutulan hissəsidir.Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, beləlikləölkə daxilində vahid nəqliyyat sistemi formalaşacaq. Yenilogistika, xidmət və sənaye zonalarının yaranmasına şəraityaradacaq (xüsusilə Araz Vadisi İqtisadi Zonası). Yol Orta Dəhlizvə Şimal–Cənub nəqliyyat marşrutlarına qoşularaq, Azərbaycanıbeynəlxalq logistika mərkəzinə çevirəcək. Azərbaycanı regionalnəqliyyat qovşağı kimi möhkəmləndirəcək. Avtomobil yolu ən yüksəktexniki kateqoriyada (I texniki dərəcə) inşa olunur. Layihə yaşılenerji zonası konsepsiyasına uyğun aparılır. Yol boyunca körpülər,tunellər və körpüaltı keçidlər inşa olunur ki, bu da təhlükəsiz vədavamlı nəqliyyatı təmin edəcək. Horadiz–Zəngilan–Ağbənd avtomobilyolu regionu beynəlxalq nəqliyyat dəhlizlərinə bağlayacaq, CənubiQafqazda iqtisadi əməkdaşlıq və sabitliyə töhfə verəcək.

Yəni bu yol təkcə bir infrastruktur layihəsi deyil regionungələcək iqtisadi xəritəsini formalaşdıran strateji arteriyadır.Hazırda Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi 95 %icra olunub

Chosen
71
1
az.trend.az

2Sources