Gununsesi saytına istinadən ain.az xəbər verir.
İnfarkt və insult adətən qəfil baş vermir. Bu xəstəliklərin formalaşması illərlə davam edən risk faktorlarının toplanması nəticəsində baş verir.
Gununsesi.info xəbər verir ki, bunu kardioloq, Rusiya Səhiyyə Nazirliyinin Tibb və Profilaktika Mərkəzinin elmi əməkdaşı Yelizaveta Roqojkina deyib.
O bildirib ki, infarkt və insultun yaranmasında yeddi əsas risk faktoru var və onların çoxunu nəzarətdə saxlamaq mümkündür.
Mütəxəssis vurğulayıb ki, hər iki xəstəlik əslində aterosklerozun nəticəsidir, yəni damarların tədricən sərtləşməsi və daralması nəticəsində yaranan qan dövranı pozuntusunun. Damar divarlarında yaranan lipid təbəqələri qan axınının qarşısını alır və toxumaları oksigensiz qoyur. Əgər bu tıxanma ürəyə qan daşıyan damarda baş verirsə, infarkt, beyinə qan aparan damarda baş verərsə isə insult yaranır.
Roqojkinanın sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı, düzgün olmayan qidalanma, yüksək təzyiq, yüksək xolesterin, siqaret çəkmə, şəkərli diabet, artıq çəki və fiziki passivlik bu xəstəliklərin başlıca səbəbləridir.
Kardioloq xüsusilə trans və doymuş yağların çox qəbul edilməsinin “pis” xolesterini artırdığını, bunun da damarların tıxanmasına və aterosklerozun sürətlənməsinə səbəb olduğunu qeyd edib. Siqaret çəkmə damar spazmına və qanda oksigen səviyyəsinin enməsinə gətirir, bu da ürək-damar sistemini daha da zəiflədir.
Mütəxəssis əlavə edib ki, yuxusuzluq və stress orqanizmdə kortizol səviyyəsini yüksəldir və bu da qan təzyiqinin artmasına, iltihabi proseslərin güclənməsinə səbəb olur.
Roqojkina bildirib ki, balanslı qidalanma, gündəlik fiziki aktivlik və siqaretdən imtina infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. O, həmçinin hər kəsə ildə ən azı bir dəfə təzyiq, xolesterin və qlükoza səviyyəsini yoxlatmağı tövsiyə edib. (milli.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.