EN

Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya

"Azərbaycanın öz ordusunda NATO komandanlığı və logistika standartlarını tətbiq etmək qərarı təəccüblü olmamalıdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Lenta.ru-ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və NATO Türkiyə vasitəsilə qarşılıqlı əlaqədədirlər.

"Azərbaycan və Türkiyə praktik olaraq ortaq bir ordu və komandanlığa, hərbi-siyasi ittifaqa malikdirlər. Buna görə də, Azərbaycanın NATO standartlarını qəbul etməsi ilə bağlı açıqlama tamamilə təəccüblü deyil", - deyə Zatulin qeyd edib.

Deputat hesab edir ki, Azərbaycan uzun müddətdir ki, müdafiə və siyasi strategiyasını Rusiyanın maraqlarından asılı olmayaraq qurur.

Chosen
21
2
unikal.az

3Sources