EN

Prezident İlham Əliyev şair Qəşəm Nəcəfzadə ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Sərəncamı ilə şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib. 

"Cebheinfo.az" bildirir ki, bu barədə Sərəncam 08 oktyabr 2025-ci ildə imzalanıb.

Təyinatla bağlı məlumat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb.

Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləmişdir.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. “Mədəniyyət TV” kanalında “Və ya” proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında “Radio və televiziyanın dili” fənni üzrə müəllim kimi fəalyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilmişdir.

“Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir.

"Cebheinfo.az" 

Chosen
18
23
cebheinfo.az

10Sources