Azərbaycan Güləş Federasiyası “Qız kimi güləş” adlı yeni layihəyə start verib.

Offsideplus.az xəbər verir ki, Bakının mərkəzində yerləşən federasiyanın yeni təlim-məşq bazası bundan sonra gələcəyin qız güləşçilərinin yetişməsinə xidmət edəcək. “Qız kimi güləş” kampaniyası altında həyata keçirilən layihənin məqsədi ölkədə qadın güləşinə marağı daha da artırmaq və bu sahədə kütləvilik yaratmaqdır.

Natiq Əliyev küçəsində yerləşən güləş mərkəzində böyüklər arasında Avropa üçüncüsü, gənclər arasında dünya çempionu Səbirə Əliyeva və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi, gənclər arasında dünya çempionu və Avropa ikincisi Leyla Qurbanova tərəfindən həftəiçi 5 gün məşqlər keçirilir. 7-17 yaş arası qızlar qizkimigüles.awf.az linkindən qeydiyyatdan keçməklə hazırlıq prosesinə qatıla bilər.

Bütün zəruri inventarlarla təmin edilmiş güləş mərkəzində həyata keçirilən məşqlər ödənişsizdir.