EN

"Birinin qıçını kəsiblər, o biri şəkər xəstəsidir" - Yüzlərlə sakini boğaza yığan problem - VİDEO

Naxçıvan şəhəri Qoçüstü məhəlləsində yerləşən çoxmərtəbəli binada yaşayan sakinlər liftlərin işləməməsindən şikayətçidirlər.

 

Onlar liftlərdə aparılan təmir işlərinin ləng getdiyini söyləyərək, hər gün çətinliklə üz-üzə qaldıqlarını deyirlər.

 

546 nəfərin yaşadığı binanın sakinləri problemin tezliklə həll olunmasını istəyirlər.

 

"Hamımız xəstəyik. Biri şəkərdir, o birinin ayağı kəsilib. Əməliyyat olunmuş qadın var, həkimə gedə bilmir. Ürəyi xəstə olan qonşu evinə çıxıb-düşməkdə çətinlik çəkir", - deyə sakin Firavan Qurbanova narazılığını bildirib.

 

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Tarix: 6 Noyabr 2025, 22:16   
Chosen
76
1
pravda.az

2Sources