EN

Mövsümün sonunda gedəcək

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona”nın baş məşqçisi Hans Diter Flik bu mövsümün sonunda klubdan ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC” nəşri məlumat yayıb.

Bildirilir ki, alman mütəxəssis qərarını artıq məşqçi heyətinə çatdırıb. Onun bu addımı klub daxilindəki gərgin və qeyri-sağlam mühitlə əlaqələndirilir.

Xatırladaq ki, Flik “Barselona”ya 2024-cü ildə Xavi Ernandesin gedişindən sonra baş məşqçi təyin olunub və müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun rəhbərliyi dövründə komanda 74 oyuna çıxaraq 54 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət qeydə alıb.

Bundan başqa, alman mütəxəssisin sükanı arxasında olan katalonlar keçən mövsüm İspaniya La Liqasının da qalibi olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
2
qafqazinfo.az

4Sources