"Real Madrid" Vinisius Junior üçün minimal satış qiymətini açıqladı.
Offsideplus.az xəbər verir ki, onlar futbolçu üçün minimal satış qiymətini 150 milyon avro olaraq müəyyən edib.
Bu qərar futbolçunun klubla müqavilə uzatma danışıqlarının tamamilə dayanması fonunda verilib. Futbolçu ilə baş məşqçi Xabi Alonso arasındakı gərginliyin yaxın zamanda həll olunacağı gözlənilmir.
Madrid rəhbərliyi hesab edir ki, Səudiyyə klubları bu vəziyyətə yüksək diqqətlə yanaşacaq.