EN

Novak Cokoviç Afinada yarımfinala yüksəldi

Dünyanın beşinci raketkası, 24 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviç ATP-250 kateqoriyalı Afina turnirində yarımfinal mərhələsinə adlayıb.

90deqiqe.Az xəbər verir ki, 1/4 final qarşılaşmasında serbiyalı tennisçi (1) portuqaliyalı Nunu Borjesi (6) 7:6 (7:1), 6:4 hesabı ilə məğlub edib.

Oyun 1 saat 45 dəqiqə davam edib. 

38 yaşlı Novak Cokoviç finala yüksəlmək üçün amerikalı Markos Giron ilə almaniyalı Yannick Hanfman (Q) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Chosen
75
90deqiqe.az

1Sources