EN

Veteran cüdoçularımız Parisdə 6 medal qazandılar

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında milli komandamız çıxışını başa vurub.

Teleqraf xəbər verir ki, yarışın dördüncü günündə usta cüdoçumuz Fərhad Rəcəbli (-90 kq) fəxri kürsüyə qalxıb. O, M8 yaş kateqoriyasında mundialın gümüş mükafatına layiq görülüb.

Xatırladaq ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

Chosen
22
7
teleqraf.com

10Sources