Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməyə çağırıb.
O xəbərdarlıq edib ki, əgər Avropa bu istiqamətdə ciddi addımlar atmasa, Ukrayna uzunmüddətli və sonsuz müharibə vəziyyətinə düşə bilər.
Rasmussenin sözlərinə görə, Avropalılar atəşkəs razılaşması imzalanmadan öncə hərbi qüvvələrini Ukraynaya yerləşdirməlidirlər:
“İstəyənlər koalisiyası artıq ‘gözləyənlər koalisiyasına’ çevrilib. Əgər strategiyanı ciddi şəkildə dəyişməsək, əbədi müharibə riskinə girəcəyik”.
Sabiq baş katib həmçinin Ukraynanın üzərində “hava qalxanı” yaradılmasını və atəşkəs əldə olunana qədər Avropa qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsini təklif edib.
Rasmussenin fikrincə, bu addımlar atılmadığı təqdirdə, Ukrayna təkbaşına müharibəni davam etdirməyə məcbur qalacaq və bu, regionda təhlükəsizlik balansını daha da pozacaq.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.