EN

“Ondan daha məşhuram”

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Trampdan qat-qat populyar olduğunu iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, ulduz futbolçu bu haqda jurnalist Pirs Morqanla müsahibəsində danışıb.

40 yaşlı futbolçu “Mən Trampdan daha məşhuram, dünyanın ən tanınmış adamıyam. Məndən daha məşhur olanın adını çək” deyib.

Qeyd edək ki, ötən mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Cebheinfo.az" 

Chosen
29
4
cebheinfo.az

5Sources