EN

Şirkət direktoru Oval kabinetdə Trampla görüşdə huşunu itirdi

BAKI, 6 noyabr. TELEQRAF

Ağ Evdə ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi səhiyyənin problemlərinə həsr olunmuş tədbirdə iştirakçılardan biri huşunu itirib.

Teleqraf xəbər verir ki, hadisə Oval kabinetdə natiqlərdən birinin çıxışı zamanı baş verib. Tədbir yarımçıq dayandırılıb.

“The New York Post”un məlumatına görə, huşunu itirən şəxs Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkətinin icraçı direktoru Qordon Findlaydır.

Hadisənin detalları açıqlanmır.

Chosen
61
teleqraf.com

1Sources