EN

Diet saxladıqdan sonra niyə kökəlirik?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çox insan arıqlamaq üçün uzun müddət diet saxlayır, amma az sonra çəkisinin yenidən artdığını görür. Bu, çoxlarının qarşılaşdığı ümumi problemdir.

Mütəxəssislər deyirlər ki, əsas səbəb dietin bitməsi ilə bədənin və beynin yeni qidalanma rejiminə uyğunlaşa bilməməsidir. Başqa sözlə, problem dietdə deyil, onu bitirdikdən sonrakı davranışlardadır.

Mövzu ilə bağlı Gununsesi.info  -ya danışan dietoloq Validə Şıxıyeva bildirib ki, dietdən sonra kökəlmənin əsas səbəbi bədənin maddələr mübadiləsinin zəifləməsidir:

“Uzun müddət azkalorili qidalanma bədəni enerjini qənaətlə istifadə etməyə öyrədir. Diet bitdikdə və insan yenidən normal yeməyə başladıqda, orqanizm qidanı dərhal ehtiyat kimi toplamağa başlayır. Digər səbəb psixoloji aclıqdır — insanlar dieti bitirən kimi özlərini mükafatlandırmaq istəyirlər və artıq qidalanırlar”.

Onun sözlərinə görə, dietdən sonra çəkinin sabit qalması üçün mərhələli keçid vacibdir.

“Qidalanma tədricən normallaşmalı, fiziki aktivlik davam etməlidir. Ən əsası, dieti qısamüddətli tədbir kimi yox, sağlam həyat tərzinin başlanğıcı kimi qəbul etmək lazımdır”-deyə o əlavə edib.

Gülxanım

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
icma.az

1Sources