EN

Qəddafinin oğlu həbsdən azad edilib

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi həbsdən azad edilib.Bu barədə “Livan 24” məlumat yayıb.

“Livan hakimiyyəti Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib”, - məlumatda qeyd olunub.

Hannibal Qəddafinin səyahət qadağasının da qaldırıldığı bildirilir. Bundan əlavə, Livan məhkəməsi onun əvvəllər təyin edilmiş 11 milyon dollar girovdan azad edilməsinə qərar verib.

Hannibal Qəddafi 2015-ci ildə Suriyada “Amal” silahlıları tərəfindən qaçırılan və siyasi mühacirət həyatı yaşadığı vaxtdan bəri Livan həbsxanasında idi.

Chosen
14
1
anews.az

10Sources