BMT Təhlükəsizlik Şurası Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara və daxili işlər naziri Ənəs Xəttabı BMT-nin sanksiya siyahısından çıxaran qətnamə qəbul edib.
APA xəbər verir ki, sənəd ABŞ tərəfindən hazırlanıb.
Təhlükəsizlik Şurasının 15 üzvündən on dördü, o cümlədən Rusiya qətnamənin lehinə səs verib.
Çin isə bitərəf qalıb.