“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında çox qol vurmasını tənqid edənlərə cavab verib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə Pirs Morqana verdiyi müsahibədə bildirib.
“Deyirlər ki, çox qol vururam, çünki bu, Səudiyyə liqasıdır. Bu, sadəcə bəhanədir. Hər il daha çox qol vururam. Uğursuz hesab olunan mövsümdə belə 25 qol vurmuşam. Kim nə istəyir desin, amma rəqəmlər yalan danışmır”
Qeyd edək ki, 40 yaşlı hücumçu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu müddətdə o, bütün yarışlarda 115 oyuna 102 qol vurub və 21 məhsuldar ötürmə verib.