EN

“Samsunspor” və “Kristal Pelas”dan qələbə, “Fiorentina” uduzdu

UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Avropanın müxtəlif şəhərlərində keçirilən qarşılaşmalarda bir sıra maraqlı nəticələr qeydə alınıb.

Türkiyənin “Samsunspor” klubu isə doğma meydanda Maltanın “Hamrun” komandasını 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmada ev sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq inamlı oyun nümayiş etdiriblər.

Ukraynanın “Şaxtyor” komandası İslandiyanın “Breydablik” klubu üzərində 2:0 hesabı ilə qalib gəlib. Qolları Artyom Bondarenko və Kauan Elias vurublar.

Almaniyanın “Maynts 05” klubu doğma meydanda İtaliyanın “Fiorentina” komandasını 2:1 hesabı ilə məğlub edib. Alman təmsilçisi ikinci hissədə rəqib üzərində üstünlüyü ələ alıb.

İngiltərədə “Kristal Pelas” öz azarkeşləri qarşısında Niderland təmsilçisi AZ üzərində 3:1 hesablı qələbə qazanıb. London təmsilçisi turnirdə iddiasını davam etdirib.

İspaniyada keçirilən qarşılaşmada isə “Rayo Valyekano” Polşanın “Lex” klubunu 3:2 hesabı ilə məğlub edib. Madrid təmsilçisi gərgin mübarizədə vacib 3 xal qazanıb.

Digər oyunların nəticələri:

“Sparta” (Çexiya) – “Rakuv” (Polşa) – 0:0

“Sele” (Sloveniya) – “Legiya” (Polşa) – 2:1

KuPS – “Slovan” – 3:1

AEK – “Şemrok Rovers” – 1:1

“Samsunspor” – “Hamrun” – 3:0

AEK (Larnaka) – “Aberdin” – 0:0

“Noa” – “Siqma” – 1:2

“Rapid” – “Universitatya” – 0:1

“Dinamo” (Kiyev) – “Zrinski” – 6:0

“Linkoln” – “Riyeka” – 1:1

“Şkendiya” – “Yagelloniya” – 1:1

“Hakken” – “Strasburq” – 1:2

“Lozanna” – “Omoniya” – 1:1

“Şelbrun” – “Drita” – 0:1

Chosen
83
90deqiqe.az

1Sources