EN

BMT: İsrail Livana hücumları münaqişənin həlli ilə bağlı irəliləyişi sarsıdır

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrailin mülki əhalini və sabitliyi təhdid edən hərbi eskalasiyasından dərin narahatlıq duyduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada deyilir.

"İsrailin sülhməramlıların əməliyyat zonasına hava hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır. Bu cür dağıdıcı miqyaslı hərbi hərəkətlər münaqişənin siyasi və diplomatik həllinə doğru irəliləyişi sarsıdır", - açıqlamada deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
apa.az

5Sources