EN

2025-ci ilin ən seksual idmançısının adı açıqlanıb

Lyuk Litter dünyanın ən seksual idmançısı seçilib.

İdman.Biz-in məlumatına görə, 18 yaşlı darts üzrə dünya çempionu mükəmməl qarın və əzələlərə malik idman ulduzlarını geridə qoyub.

Britaniyanın populyar tanışlıq saytı tərəfindən aparılan sorğuda 2000-dən çox qadın iştirak edib. Gözlənilənin əksinə olaraq, onlar güclü əzələləri olmayan kişini ən cəlbedici adlandırıblar. Qadınların fikrincə, Litter kişi cəlbediciliyinin yeni standartına çevrilib.

Sorğu iştirakçıları qeyd ediblər ki, bugünkü reallıqda kişilərin özünə inamlı olması onları daha seksual göstərir. Əzələlər artıq sadəcə əlavə şey hesab olunur ki, bu da elə də vacib rol oynamır.

İdman.Biz

Chosen
75
1
idman.biz

2Sources