EN

Rockstar Games “GTA VI”nın buraxılış tarixini yenidən təxirə saldı

Bakı. Trend:

Amerikalı video oyun şirkəti Rockstar Games “Grand Theft Auto”(GTA) oyun seriyasının altıncı hissəsinin buraxılışının bir dahatəxirə salındığını açıqlayıb.

Trend xəbər verirki, bu barədə məlumat şirkətin “X” sosial şəbəkəsindəki rəsmihesabında yer alıb.

Açıqlamaya əsasən, “Grand Theft Auto VI” oyunu 2026-cı ilnoyabrın 19-da, cümə axşamı günü satışa çıxarılacaq.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Rockstar Games oyunun2025-ci ildə təqdim ediləcəyini bildirmişdi, lakin daha sonraburaxılış tarixi 2026-cı il mayın 26-na qədər təxirəsalınmışdı.

Qeyd edək ki, seriyanın beşinci hissəsi – “GTA V” 12 il əvvəlburaxılıb və bu günədək dünyanın ən çox satılan ikinci video oyunuolaraq qalır (185 milyondan çox nüsxə). Birinci yerdə isə“Minecraft” (300 milyondan çox nüsxə) qərarlaşıb.

Chosen
54
az.trend.az

1Sources