EN

Tramp Ağ Evdə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşüb. SİA-nın məlumatına görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri C5+1 formatında Ağ evdə axşam sammitində və şam yeməyində iştirak ediblər.

Sammitdə, həmçinin danışıqlar formatının 10 illiyi qeyd olunur. Görüşdə Qazaxıstanın Abraham sazişinə daxil olmasına dair imzalanma mərasimi baş tutacaq.

C5+1 formatı ilk iclasını 2015-ci il noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində keçirib. ABŞ və beş Orta Asiya ölkəsinin yüksək vəzifəli diplomatları görüşərək tərəfdaşlıq və əməkdaşlıq haqqında birgə bəyannamə qəbul ediblər.

Bu gün görüş dövlət başçıları səviyyəsində ikinci dəfə və Ağ Evdə ilk dəfə keçirilir.

Chosen
11
3
sia.az

10Sources