Bakı. Trend::
Bolqarıstanın cənub sahillərində, Burqas şəhəri yaxınlığında başverən yol qəzası nəticəsində 6 qeyri-qanuni mühacir həlak olub.
Trend xəbər verirki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Bildirilib ki, sərhəd polisi Kiten şəhərindən qeyri-qanunimiqrantları daşıyan avtomobili təxminən 40 kilometr məsafədə təqibedib. Nəqliyyat vasitəsi Burqasa keçməyə nail olub, lakin maneəniaşmaq istəyərkən aşıb və gölə düşüb.
Hadisə nəticəsində 6 nəfər hadisə yerində ölüb, 3 nəfəryaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Rumıniya vətəndaşıolan sürücü xəsarət almayıb və hazırda polis nəzarətindədir.
Hadisə ilə bağlı araşdırma aparılır.